RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ İRAQDA 565 MƏHBUS AZAD EDİLMİŞDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Ramazan bayramı münasibətilə İraq hökuməti və ABŞ hərbi komandanlığı Əbu-Qreyb həbsxanasından 565 məhbusun azad olunması barədə qərar qəbul etmişdir. Bu həbsxana mühafizəçilərin məhbuslara işgəncə verilməsi ilə bədnam ad çıxarmışdır.
Bu əfv qərarı qətllərdə, adam oğurluğunda və koalisiya qüvvələrinə hücum etməkdə təqsirli bilinənlərə aid deyildir.
Qətərin “Əl-Cəzirə” telekanalı xəbər verir ki, İraq hökuməti məhbusların qohumlarına onlarla görüşməyə də icazə vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [21:45]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]