“Raquf Orucov Kuboku” beynəlxalq cüdo turnirinə start verilib
Bakı, 16 noyabr, AZƏRTAC
Dördüncü dəfə təşkil olunan "Raquf Orucov Kuboku" beynəlxalq cüdo turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, 2016-cı il Aprel döyüşlərinin qəhrəmanları, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının xatirəsinə həsr olunmuş ənənəvi turnir Azərbaycan Cüdo Federasiyasının (ACF) və "Judo Club 2012" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Bakı İdman Sarayında gerçəkləşən yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan, Rusiya və Çexiyanı təmsil edən 200-ə yaxın cüdoçu iştirak edir.
Yarışın açılış mərasimi saat 15:00-da başlayacaq. Tədbirdə dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, tanınmış idmançılar iştirak edəcəklər.
Qeyd edək ki, ənənəvi turnir 4 illik fasilədən sonra yenidən bərpa edilib. İlk dəfə 2017-ci ildə keçirilən turnir ardıcıl olaraq, 2018 və 2019-cu illərdə də təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]