RAUF MƏMMƏDOV ŞAHMAT ÜZRƏ RESPUBLİKA ÇEMPİONATINDA LİDERLİYİ ƏLƏ ALMIŞDIR
AZƏRTAC xəbər verir ki, Respublika Şahmat Mərkəzində kişi şahmatçıları arasında keçirilən ölkə çempionatının dördüncü turunda Rauf Məmmədov liderliyi ələ almışdır.
Bu tur çərçivəsində Rauf Məmmədov, Namiq Quliyev, Rəhim Qasımov rəqiblərinə galib gəlmişlər. Digər görüşlərdə Rəşad Babayev Nicat Məmmədovla, Loğman Quliyev isə Rəsul İbrahimovla heç-heçəyə razılaşmışlar.
Nəticədə yarışın ən yüksək reytinqli iştirakçısı R.Məmmədov 3.5 xalla turnir cədvəlinə başçılıq edir. N.Məmmədov və R.İbrahimov hər biri 3 xalla 2-3-cü yerləri bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]