RAYONLARIN ƏHALİSİ BÖYÜK RƏHBƏRƏ SONSUZ SƏDAQƏTLƏRİNİ NÜMAYİŞ ETDİRİRLƏR
Bərdə rayonunda ümummilli liderimiz, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatı ilə əlaqədar dekabrın 13-dən başlayan matəm mərasimləri davam edir. Yanvarın 18-də ictimaiyyətin nümayəndələri icra hakimiyyətinin qarşısındakı xatirə güşəsinə gələrək, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyevə hörmət və ehtiramlarını bildirmişlər. Böyük insanın qara lentlə haşiyələnmiş portreti önünə əklillər qoyulmuş, gül-çiçək dəstələri düzülmüşdür. Minlərlə bərdəli və rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlər matəm kitabına öz ürək sözlərini yazmışlar. Rayonun bütün yaşayış məntəqələrində matəm mərasimləri keçirilmiş, ehsanlar verilmiş, böyük şəxsiyyətin ruhuna dualar oxunmuşdur.
X X X
Ağdam, Ağcabədi, Tərtər, Yevlax, Laçın və Beyləqan rayonlarında da dahi insan, xalqımızın müdrik oğlu Heydər Əliyevin xatirəsinə həsr olunmuş matəm mərasimləri keçirilmiş, ehsanlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]