RƏCƏB TAYYİB ƏRDOĞAN: ERMƏNİSTAN HƏLƏ DƏ İŞĞALINI DAVAM ETDİRİR
Baş nazir hökumətin xarici siyasətindən ətraflı bəhs edərək, Türkiyənin bütün qonşuları ilə yaxınlaşmasını, sülh və əmin-amanlıq şəraitində yaşamasını arzuladığını bildirdi. Türkiyə-Ermənistan münasibətlərindən söz açan cənab Rəcəb Tayyib Ərdoğan erməni xalqının vəziyyətini bildiklərini, Türkiyə ilə ticarət əlaqələri qurmaq istədiyini vurğuladı. Ancaq bunun üçün Ermənistanın heç bir siyasi addım atmadığını, hələ də Azərbaycan ərazisini işğal altında saxladığını, xaricdəki diasporunun “soyqırım” iddialarında təkid etdiklərini nəzərə çarpdırdı. Baş nazir dedi ki, “Biz Ermənistanla da yaxınlaşmaq istəyirik. Lakin bunun baş tutmamasının əsas səbəbkarı Ermənistandır. Ermənistan rəhbərliyinin radikal mövqeyi münasibətlərimizin qurulmasına imkan vermir. Ermənistanın təkcə bizimlə deyil, Azərbaycanla da əlaqələri belədir. Ermənistan orada işğalçı vəziyyətdədir. Ermənistan prezidenti NATO-nun zirvə görüsünə də gəlmədi. Bunu izah etmək imkansızdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]