RƏCƏB TAYYİB ƏRDOĞAN: “İSLAM TERRORİZMİ” İFADƏSİ MÜSƏLMANLARIN HİSSLƏRİNİ TƏHQİR EDİR
Ərdoğan demişdir: “Mən əminəm ki, “terror”, “terrorizm” sözləri xristianlıq ideyası barədə söylənilsəydi, siz də eyni hissləri keçirərdiniz”. O, “islam terrorizmi” ifadəsinin işlənilməsini kəskin şəkildə pisləmişdir.
Terrorçuların dini və milliyyətinin olmadığını xatırladan Türkiyə hökuməti başçısı dünya birliyini antisemitizmlə necə mübarizə aparırsa, “islama nifrətlə” də elə mübarizə aparmağa çağırmışdır.