Rəfael Ağayev “Bakı-2017”nin karate yarışının yarımfinalında
Bakı, 13 may, Nihad Budaqov, AZƏRTAC
Karateçimiz Rəfael Ağayev 75 kiloqram çəki dərəcəsində yarışın yarımfinalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, karateçimiz dörddəbir finalda Səudiyyə Ərəbistanı idmançısı Sultan Əl Zəhranidən üstün olub. Azərbaycan idmançısı oyunun əvvəlində hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək rəqibini məğlub edib - 7:2. Bu qələbə sayəsində R.Ağayev adını yarımfinala yazdırıb.