REGİONAL RABİTƏ BİRLİYİNİN ADMİNİSTRASİYA BAŞÇILARI ŞURASININ 35-Cİ İCLASI KEÇİRİLƏCƏKDİR
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mayın 22-24-də Regional Rabitə Birliyinin (RRB) Administrasiya Başçıları Şurasının 35-ci iclasında iştirak etmək üçün Özbəkistanda səfərdə olacaqdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, iclasda İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin II Tunis Mərhələsinin qərarlarının reallaşdırılması, Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransının yekunları, Ümumdünya Radiorabitə Konfransına hazırlıq məsələləri və digər mövzular müzakirə ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]