REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMINA BEYNƏLXALQ MALİYYƏ QURUMLARI DA QOŞULUR
Dünya Bankının kreditləri hesabına dəyəri 40 milyon dollar olan suvarma drenaj infrastrukturunun bərpası, dəyəri 48 milyon dollar olan elektrikötürmə sistemləri, dəyəri 35 milyon dollar olan kənd təsərrüfatının kreditləşdirilməsi, dəyəri 11,5 milyon dollar olan məcburi köçkünlərin sosial-iqtisadi inkişafı, Asiya İnkişaf Bankı ilə Ağdaş, Göyçay və Naxçıvan şəhərlərində ümumi dəyəri 30 milyon ABŞ dolları olan su-kanalizasiya sistemlərinin yaxşılaşdırılması, Almaniyanın KfW Bankının krediti və İsveçrə Hökumətinin qrantı hesabına Gəncə və Şəki şəhərlərinin ümumi dəyəri 54 milyon avro olan su təchizatının yaxşılaşdırılması, İslam İnkişaf Bankının və Ərəb Fondlarının kreditləri hesabına 22,5 milyon ABŞ dolları olan Xanarx və dəyəri 42,5 milyon dollar olan Vəlvələçay-Taxtakörpü kanallarının inşası və digər layihələr reallaşacaqdır.
2006-cı ildə Bakı-Gürcüstan sərhədi, Bakı-Rusiya sərhədi və Bakı-Astara istiqamətində beynəlxalq səviyyəli yolların inşasına da başlanacaqdır.