İDMAN
Rəşad Sadıqov Azərbaycan çempionatlarında yubiley oyununu keçirib

Bakı, 2 oktyabr, AZƏRTAC
Rəşad Sadıqov Azərbaycan çempionatlarında baş məşqçi kimi 100-cü oyununu keçirib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Premyer Liqanın VIII turunda “Araz-Naxçıvan”la səfər görüşünə təsadüf edib.
2020-ci ilin yayından qəsəbə klubuna rəhbərlik edən R. Sadıqov 2020/2021 və 2021/2022-ci illər mövsümlərinin hərəsində 28, ötən çempionatda isə 36 görüşün iştirakçısı olub. Cari mövsümün 8 qarşılaşmasını da nəzərə alsaq, mütəxəssis bu matçlarda 39 qələbə, 34 heç-heçə və 27 məğlubiyyətə şahidlik edib. Yalnız bir klubda çalışan 41 yaşlı mütəxəssis bu matçların hamısında “Zirə”nin “sükanı arxası”nda olub.
Qeyd edək ki, Rəşad Sadıqov Azərbaycan çempionatları tarixində ən azı 100 matçda baş məşqçi olan 30-cu mütəxəssisdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [13:21]
“Səbail” tarixinin ən böyükhesablı kubok qələbəsini qazanıb
- 29.11.2023 [13:10]
Çağırış Kuboku: “Xarı Bülbül Şuşa” cavab oyununa çıxacaq
- 29.11.2023 [13:08]
Ulu Öndərin 100 illiyinə həsr olunan güc idman növləri üzrə turnir keçirilib
- 29.11.2023 [12:15]
Azərbaycan hakimləri Avropa Voleybol Konfederasiyasından təyinat alıblar
- 29.11.2023 [11:59]
“Qarabağ” “Molde” ilə oyun üçün Norveçə yola düşüb
- 29.11.2023 [11:55]
Qurban Qurbanov: Norveçdən yaxşı nəticə ilə qayıdacağımıza inanıram
- 29.11.2023 [11:26]
Azərbaycan parataekvondoçuları İngiltərəyə yollanıblar
- 29.11.2023 [11:01]
Çempionlar Liqası: Bu gün 1/8 finalın daha üç iştirakçısı müəyyənləşə bilər
- 29.11.2023 [10:50]