Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Reshet Bet” radiostansiyası: Ermənistanın Azərbaycana qarşı hərəkətləri işğaldır

“Reshet Bet” radiostansiyası: Ermənistanın Azərbaycana qarşı hərəkətləri işğaldır

Bakı, 11 noyabr, AZƏRTAC

İsrailin “Reshet Bet” dövlət radiostansiyasının populyar proqramlarından biri olan “Beynəlxalq saat” verilişində Ermənistan XİN-in başçısı Edvard Nalbandyanın bu yaxınlarda İsrailə işgüzar səfəri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət, habelə Azərbaycan-İsrail strateji tərəfdaşlığı haqqında geniş reportaj və şərhlər təqdim edilib.

AZƏRTAC xəbər verir ki, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut aparıcı Eran Sekurelin suallarını cavablandıraraq deyib: “Ermənistan ilə İsrail arasında münasibətlərin qurulduğu vaxtdan 25 il ötür. Təəccüblüdür ki, Ermənistan xarici siyasət idarəsinin başçısı İsrailə yalnız indi gəlir”. Bununla bağlı mülahizələrini söyləyən israilli ekspertin fikrincə, hamı gözəl başa düşür ki, Nalbandyanın səfəri İsrail ilə münasibətləri inkişaf etdirməklə bərabər, bir aşkar məqsəd daşıyırdı: Azərbaycanın Ermənistana münasibətdə hərəkətlərini tənqid etmək və İsrail-Azərbaycan əməkdaşlığına ziyan vurmaq. Səfər zamanı Nalbandyan İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə Ermənistanın belə bir istəyini ifadə edib ki, İsrail Azərbaycana hərbi texnika və texnologiyalar göndərilməsini dayandırsın. Ermənistan diplomatiyasının başçısı hətta Azərbaycanı “beynəlxalq hüquq normalarını pozmaqda” ittiham edib. Qonşu dövlətin - Azərbaycanın ərazisini 25 ildən çox müddətdə işğal etmiş bir ölkənin Azərbaycanı beynəlxalq hüquq normalarını pozmaqda ittiham etməsi olduqca cəfəng və mənasızdır.

İsrailli aparıcı öz reportajında Ermənistanın Azərbaycana qarşı hərəkətlərini açıq və konkret şəkildə işğal və təcavüz adlandıraraq bildirib ki, bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib və ölkədə 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Bu konkret faktdır və onu inkar etmək olmaz.

Ermənistan XİN-in başçısı “Reşet Bet” radiostansiyasına müsahibəsində dünya birliyini aldatmağa davam edərək deyib ki, “Ermənistanın hərəkətləri işğal deyildir və beynəlxalq birlik Azərbaycanın sərhədləri ilə bağlı hələ müəyyən fikrə gəlməyib”.

Arye Qut Ermənistanın baş diplomatının bəyanatına münasibət bildirərək qeyd edib ki, Edvard Nalbandyan insafsızcasına yalan danışmağa davam edir. Ekspert deyib: “Hamı gözəl bilir ki, 1992-ci ilin martında Ermənistan və Azərbaycan BMT-yə daxil olanda bu beynəlxalq təşkilat həmin ölkələri onların beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri çərçivəsində tanıyıb. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonu işğal altında saxlayır. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Əgər Ermənistan XİN-in başçısı beynəlxalq hüququn belə elementar normalarını bilmirsə, onda daha nədən danışmaq olar? Aydın məsələdir ki, prezident Serj Sarkisyan kimi, Nalbandyan da ölkəsinin təcavüzkar siyasətinə haqq qazandırmağa çalışır. Bununla da sübut edir ki, diplomatiya və beynəlxalq münasibətlər kimi anlayışlar onlara tamamilə yaddır. Bu da onların təhsilinin və siyasi mədəniyyətinin səviyyəsinin aşağı olduğunu bir daha təsdiqləyir”.

Arye Qutun sözlərinə görə, Cənubi Qafqaz regionu sülh şəraitində dinc yanaşı yaşamaq prinsipindən uzaq regiondur. “Burada geosiyasi vəziyyət mürəkkəb və gərgindir. Yəqin ki, ən qorxulusu - regionda xüsusilə hiss olunan qeyri-müəyyənlikdir. Çünki burada aydın başa düşülür ki, “atəşkəs və sülh” anlayışları çox kövrək və zəifdir. Mən Ermənistanın işğalçı silahlı qüvvələrinin nişangahı altında yaşayan Azərbaycanın dinc əhalisinin həqiqətən əziyyət çəkdiyini gözlərimlə görmüşəm. Mən beynəlxalq forumların birinin başqa iştirakçıları ilə sərhədyanı məntəqələrdə olmaq arzumu bildirdim.

Rəsmi Bakı mövcud status-kvo ilə heç vaxt razılaşmayacağını dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib. Ermənistanın hərbi təxribatları ucbatından və diversiyaların qarşısını almaq, öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə 2016-cı ilin aprelində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə dağıdıcı zərbələr endirərək onları geri çəkilməyə məcbur etdi. Bu gün Azərbaycan Cənubi Qafqazda güclü və möhkəm orduya malik, həqiqət anında öz qüdrətini nümayiş etdirən ölkədir.

İsrail-Azərbaycan münasibətlərinin perspektivlərindən danışan Arye Qut qeyd edib ki, Avrasiya ərazisində yerləşən heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibəti yoxdur. Hansısa üçüncü ölkə bu qarşılıqlı münasibətləri pozmaq iqtidarında deyil.

“İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana daim böyük diqqət və səmimiyyətlə yanaşıb, bu ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə bəyan edib. İsrail Azərbaycan neftinin dünyada əsas alıcılarından biridir. Azərbaycanın isə, öz növbəsində, kənd təsərrüfatında, hərbi sənayedə, telekommunikasiyada, - bu siyahını artırmaq da olar, - İsrailin müasir yüksək texnologiyalarına ehtiyacı var. Eyni zamanda, ölkələr təhsil, humanitar və mədəni layihələr irəli sürürlər.

Rəsmi Yerevan tərəfinin tənqidinə gəlincə, deyə bilərəm ki, Azərbaycan və İsrail dost və tərəfdaşları özləri seçir. Məhz bu ölkələr hərbi-texniki sahədə strateji əməkdaşlıq səviyyəsini özləri təyin edir. Heç kimin, ələlxüsus da Ermənistanın bu münasibətlərə qarışmaq hüququ yoxdur”, - deyə israilli ekspert qeyd edib.

Arye Qut vurğulayıb ki, Azərbaycan əhalisinin əksəriyyəti İslama etiqad edir, lakin bu ölkənin, həmçinin bir neçə başqa etnik və dini qruplar üçün doğma ev olması hamıya məlumdur. Qonşu Ermənistanın Azərbaycana qarşı apardığı genişmiqyaslı müharibəyə və təcavüzə baxmayaraq, sülh şəraitində dinc yanaşı yaşama prinsipi Azərbaycan siyasətinin aparıcı özəyi kimi qalıb.

“Hətta 25 il əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayanda belə Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında sülh və harmoniyanı qoruyub saxlamaqda davam edib. Azərbaycan dünya və regional dövlətlərdən asılı olmayan öz çoxşaxəli xarici siyasətini həyata keçirir”, - deyə israilli ekspert qeyd edib.

Arye Qut deyib ki, Azərbaycan Prezidentinin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yaradılıb. “Azərbaycanda birinci yəhudi muzeyinin yaradılması tam sürətlə gedir. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Qırmızı Qəsəbə İsraildən sonra dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal yerdir və Azərbaycanın əsl qürurudur.

Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və təcavüz siyasətinə, o cümlədən ölkə ərazisinin 20 faizinin işğal edilməsinə və 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsil nümunəsi kimi qalmaqda davam edir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasıdır”, - deyə Arye Qut vurğulayıb.

O qeyd edib ki, Azərbaycan konfessiyalararası harmoniyanın mümkünlüyünü, istənilən problemin zorakılığa və ya münaqişələrə əl atmadan həll oluna biləcəyini nümayiş etdirir.

Arye Qut İsrailin “Reshet Bet” dövlət radiostansiyasının populyar verilişlərindən biri olan “Beynəlxalq saat”da fikrini belə yekunlaşdırıb: “Prezident İlham Əliyev dünyəvi dövlətin, tolerantlığın tərəfdarı olduğuna görə, ölkədə yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının hörmətini və ehtiramını qazanıb. Hər iki ölkə - İsrail və Azərbaycan onlar arasında bəşəri əlaqələrin mövcudluğu və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hesabına zənginləşir. Bundan əlavə, belə bir məsələ də aşkar və aydındır ki, Azərbaycanda yəhudilər və müsəlmanlar qardaş kimi dinc yanaşı yaşayıblar və bu gün də belə yaşayırlar. Onları bir-birinə ömürlük bağlayan ümumi tarix və ümumi taledir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti”

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat VİDEO

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat VİDEO

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar