RESPUBLİKA ƏRAZİSİNDƏ DAHA 67 BƏLƏDİYYƏ YARADILACAQDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Milli Məclisin regional məsələləri daimi komissiyasının sədri Zahid Qaralov çıxışında demişdir ki, adları çəkilən rayonların ərazisində yeni qəsəbələrin salınması, bəzi bələdiyyələrin ayrılması nəticəsində bir neçə yerli özünüidarə orqanının təşkili zərurəti yaranmışdır. Yeni bələdiyyələrin yaradılması ilə bağlı əhalinin təklifi bir daha sübut edir ki, yerlərdə bu qurumlara maraq və inam artır. Əhali öz problemlərinin həllində yerli özünüidarə orqanlarının rolundan daha çox bəhrələnmək istəyir.
Müzakirələr zamanı qeyd olunmuşdur ki, yeni bələdiyyələrin yaradılması həmin bölgələrin inkişafına, yerlərdə sosial-iqtisadi problemlərin həllinə, yeni iş yerlərinin açılmasına təkan verəcəkdir. Ümumilikdə həmin rayonlarda 67 yeni bələdiyyə yaradılacaqdır.
Milli Məclis həmçinin 2600–a qədər bələdiyyənin dəqiqləşdirilmiş siyahısını təsdiq etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]