Respublika ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrində “Məzun günü” keçirilib
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da respublika ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrində “Məzun günü” keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müxtəlif bölgələrdə keçirilən “Məzun günü” tədbirlərində Təhsil Nazirliyinin, agentliyin və özəl sektorun nümayəndələri iştirak edib.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan 72 peşə təhsil müəssisəsinin 13 min 300-dən çox tələbəsi məzun olub.