Respublika fənn olimpiadalarında 8 şagird “Birincilərin birincisi” nominasiyasına layiq görülüb
Bakı, 17 iyul, AZƏRTAC
Bu il respublika fənn olimpiadalarında 28 828 şagird iştirak edib. Onlardan 16 116 nəfəri (56 faiz) qız, 12 712 nəfəri (44 faizi) isə oğlan olub.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində deyib.
O bildirib ki, olimpiadanın nəticələrinə əsasən, ümumilikdə 327 nəfər qalib elan edilib. Hər bir fənn üzrə ən yaxşı nəticə göstərmiş 1 nəfər olmaqla, ümumilikdə 8 şagird “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:42]
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
- 16.10.2026 [17:48]
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
- 16.10.2026 [17:32]
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
- 16.10.2026 [17:31]
Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
- 16.10.2026 [17:31]