Respublika Şahmat Olimpiadası: A qrupunda Səbinə Rzalı liderliyini davam etdirir
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 18-də Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadasında yeddinci və səkkizinci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, səkkiz turun nəticəsinə görə A qrupunda Səbinə Rzalı liderliyini davam etdirir. Sumqayıt şahmat məktəbinin yetirməsi 8 xalla turnir cədvəlində birinci yeri tutur. B qrupunda isə 5 şahmatçı 7 xalla liderlər qrupunda mübarizə aparır. Əlavə göstəricilərə görə B qrupunda Yusif Hidayətzadə ilk pillədə qərarlaşıb.
İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirdə 551 şahmatçı yarışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]