Respublikamızın şimal-qərb rayonlarına qar yağmışdır
Qax, 13 aprel (AZƏRTAC). Aprelin 13-də səhər saatlarından başlayaraq respublikamızın şimal-qərb bölgəsinə, əsasən Zaqatala, Qax və Şəki rayonlarının dağ ətəyi ərazilərinə qar yağır.
AZƏRTAC xəbər verir ki, aprel ayının ortaları üçün gözlənilməz olan qar əhali və təsərrüfatlar üçün müəyyən çətinliklər yaratmışdır. Zaqatala rayonunun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müəyyən fasilələr yaranmışdır.
Temperaturun kəskin aşağı düşməsi və qar bu rayonlarda kənd təsərrüfatı işlərinin gedişinə də öz təsirini göstərir. Mütəxəssislərin rəyinə görə, yağan qar tez çiçəkləyən alça, ərik, şaftalı və digər meyvə ağaclarına, eləcə də bostan və tərəvəz bitkilərinin əkin sahələrinin məhsuldarlığına təsir göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]