RESPUBLİKANIN NEFTMAŞINQAYIRMA MÜƏSSİSƏLƏRİ BEYNƏLXALQ STANDARTLARA UYĞUNLAŞDIRILIR
“Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin altı müəssisəsində beynəlxalq standartlara uyğun sertifikatlar almaq istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Cəmiyyətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 4 müəssisə -Bakı neft-mədən avadanlığı, Zabrat, Suraxanı və Səttarxan adına neftmaşınqayırma zavodları əmtəəlik məhsulları Amerika Neft İnstitutunun APİ standartı ilə istehsal etmək, AzNMAŞİ Elmi-Tədqyiqat Layihə İnstitutu və NeftMAŞ xüsusi konstruktor bürosu isə öz layihələrini Beynəlxalq İSO standartına uyğunlaşdırmaq üçün əməli işə ən vacib mərhələdən-kadr hazırlığı problelərinin həllindən başlamışdır. İndi həmin müəssisələrin ötən il Yaponiyada təhsil alan və beynəlxalq keyfiyyət menecmenti ixtisası üzrə sertifikatlara layiq görülən 8 mütəxəssisi yapon ekspertləri ilə birlikdə 78 nəfərdən ibarət 11 qrupa müasir standartların tətbiqi üsullarından dərs deyirlər. Yaxın vaxtlarda dinləyicilərə müvafiq sertifikatlar veriləcəkdir. Səttarxan adına zavodda təşkil edilmiş bu kurslarda isə mütəmadi olaraq, yeni kadrlarlar hazırlanacaqdır.