Respublikanın şimal-qərb bölgəsinə ilk qar yağmışdır
Qax, 9 dekabr (AZƏRTAC). Dekabrın 8-dən 9-na keçən gecə respublikanın şimal-qərb bölgəsinin dağlıq ərazilərinə ilk qar yağmışdır.
AZƏRTAC xəbər verir ki, səhər saatlarında Qax rayonunun İlisu kəndində qarın qalınlığı 10-20 santimetr olmuşdur. Kənd sakinləri qarın yağmasını bolluq, bərəkət rəmzi kimi qiymətləndirirlər.
İlk qar nəqliyyatın hərəkətində, elektrik enerjisinin verilməsində heç bir problem yaratmamışdır. 16 saylı yol istismar idarəsinin kollektivi səhər saatlarından başlayaraq Qax-İlisu avtomobil yolunu qardan təmizləmiş, yolun buz bağlamış hissələrinə duz qarışdırılmış qum səpmişlər. Müəssisədə qış üçün kifayət qədər duz və qum ehtiyatı yaradılmışdır.
Hazırda bölgədə havanın hərarəti nisbətən yüksəlmişdir.