RƏSSAMIN İLK FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan miniatür sənəti mərkəzində rəssam Bənövşə Mirzəyevanın ilk fərdi sərgisi açılmışdır.
Ekspozisiyada mozaika-panno janrında 50-dən artıq əl işi nümayiş etdirilir.
Sənətsevərlərin maraqla qarşıladıqları sərginin açılış mərasimində çıxış edənlər rəssamın yaradıcılığındakı mövzu genişliyindən, əsərlərindəki özünəməxsus üslub xüsusiyyətlərindən danışmışlar.
Sərgi noyabrın 4-dək davam edəcəkdir.