REGİONLAR
Reyçel Rudolf: “Ağıllı kənd” konsepsiyası əla layihədir

Zəngilan, 5 dekabr, Eyyub Ələsgərov, AZƏRTAC
İlk dəfədir ki, buraya səfər edirəm. Yazda qaçqın və məcburi köçkünlərlə bağlı kurs keçmək üçün dəvət almaq məni çox sevindirdi. Diqqətinizə çatdırım ki, payız semestrində terrorizmlə mübarizə, yaz semestrində isə qaçqınlar, məcburi köçkünlər, qeyri-qanuni miqrasiya, insan alveri mövzusunda dərs deyirəm. Bu gün eşitdiyim və gördüyüm bir çox şeyi geri döndüyüm zaman çinli tələbələrimlə bölüşəcəyəm.
Bu fikirləri AZƏRTAC-ın Zəngilana ezam olunan müxbirinə eksklüziv açıqlamasında Bryant Universiteti ilə Pekin Texnologiya İnstitutunun birgə layihəsi olan - BITZH Proqramının sosial elmlər üzrə dosenti, terrorla mübarizə kafedrasının professoru və təhlükəsizlik tədqiqatçısı Reyçel Rudolf deyib.
“Ağıllı kənd” konsepsiyası əla layihədir. Çində yaşadığım üçün “ağıllı kənd”lərin necə inkişaf etdiyindən məlumatlıyam və bu layihənin böyüyəcəyini, geri qayıdanlar üçün həyatı daha da asanlaşdıracağını söyləyə bilərəm. Bu dəyişikliklərin onların həyatına necə təsir etdiyini görmək üçün illər sonra buraya yenidən gəlməyi səbirsizliklə gözləyirəm”, - deyə Reyçel Rudolf vurğulayıb.