Reyqanın sabiq müşaviri: Avropa müstəqilliyini itirib
Bakı, 25 sentyabr, AZƏRTAC
Avropa bir vaxtlar qlobal nüfuza və siyasi-hərbi gücə sahib olsa da, hazırda öz maraqlarını müdafiə etmək qabiliyyətini itirib və ABŞ-dan asılı vəziyyətə düşüb.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın keçmiş müşaviri Daq Bendou bu barədə “The American Conservative” jurnalında dərc olunan məqaləsində yazıb.
Müəllifin fikrincə, bu gün Avropa ölkələri ABŞ-ın siyasi və iqtisadi rəhbərliyi qarşısında faktiki olaraq vassallar kimi görünürlər. “Avropa vaxtilə Tetçer və Çörçill, Klemanso və de Qoll, Adenauer və Bismark kimi böyük, lakin bəzən mübahisəli liderlər yetişdirib. Bəs niyə bu gün qitənin taleyini Starmer, Makron, Merts və Fon der Lyayen kimi iradəsiz fiqurlar müəyyən edir?”, – deyə Daq Bendou vurğulayıb. Onun sözlərinə görə, guya Avropa xalqlarının kollektiv maraqlarını təmsil etmək üçün yaradılmış Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın dağıdıcı ticarət gündəmini sükutla qarşılayır.
“Bu siyasət nə avropalıların maraqlarına cavab verir, nə də Donald Trampın tarif müharibəsinin əsas qurbanına çevrilən amerikalılara xidmət edir. Avropalı siyasətçilər və respublikaçı konqresmenlər eyni dərəcədə qorxu içindədir və nə hüququn aliliyini, nə də azad iqtisadiyyatın üstünlüklərini müdafiə etməyə cəsarətləri çatmır”, – deyə məqalədə qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]