RİÇARD ÇEYNİ PARLAMENT SEÇKİLƏRİNDƏN SONRA DAHA MÖHKƏM ABŞ-AZƏRBAYCAN STRATEJİ MÜNASİBƏTLƏRİNƏ ÜMİD EDİR
ABŞ vitse-prezidenti Dik Çeyninin mətbuat nümayəndəsi AZƏRTAC-a bildirmişdir ki, bu həftə Riçard Çeyni və Azərbaycan Prezidenti arasında baş tutan telefon danışığı zamanı, parlament seçkilərinin azad və ədalətli olması üçün seçki prosesinin yaxşılaşdırılması istiqamətində İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin atdığı addımlar diqqət mərkəzində olmuşdur. Vitse-prezident bu əlavə addımları qeyd edərək Azərbaycan dövlət başçısını onları tətbiq etməyə çağırmışdır. Riçard Çeyni azad və ədalətli seçkilərdən sonra Prezident Əliyevin davamlı liderliyi altında daha möhkəm ABŞ-Azərbaycan strateji münasibətlərinə ümidini ifadə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]