Riqada keçirilən gimnastika turnirində həmyerlimiz ikinci yeri tutub
Riqa, 2 may, AZƏRTAC
Latviyanın paytaxtı Riqadakı “Elektrum” Olimpiya Mərkəzində 6-7 yaşlı uşaqlar arasında bədii gimnastika üzrə yaz müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Riqa şəhərindəki orta məktəblərdən və bağçalardan, ümumilikdə, 34 uşaq müsabiqəyə qatılaraq fərdi və qrup hərəkətləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Müsabiqənin nəticəsinə əsasən, 6 yaşlı azərbaycanlı Qəmər Usubova ikinci yerə layiq görülüb. Qaliblərə medal, diplom və digər hədiyyələr təqdim olunub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa