Roma Papası gerbini və şüarını açıqlayıb
Vatikan, 12 may, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Avqustin köklərini aydın şəkildə əks etdirən gerbini və şüarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Roma Papasının gerbi onun Avqustin köklərini və pontifikat dövründə təşviq etmək istədiyi dəyərləri – xüsusilə kilsə daxilində birliyi və ünsiyyəti aydın şəkildə əks etdirir.
XIV Leo, eyni zamanda, Avqustin ənənəsini əks etdirən şüar da seçib: “O bir olanda biz də birik”. Bu ifadə Müqəddəs Avqustinin “127-ci Məzmur haqqında şərh” adlı əsərindən götürülüb. Orada o izah edir ki, “biz xristianlar çox olsaq da, bir Məsihdə birik”.
Xatırladaq ki, Papa XIV Leonun pontifikatı mayın 18-də başlayacaq. Bu münasibətlə keçiriləcək mərasimdə müxtəlif ölkələrin liderlərinin iştirakı nəzərdə tutulur. Müqəddəs Pyotr Meydanında və ətrafında isə 250 min insanın toplanması gözlənilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]