Romada AŞPA-nın daimi komitəsinin iclası keçiriləcək
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 25-26-da İtaliyanın Roma şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) daimi komitəsinin iclası keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
Daimi komitənin iclasında Belarusla sərhəddə miqrantların vəziyyəti, onların beynəlxalq müdafiəsi, uşaqların başlıca maraqlarının təmini, Mərakeşdə 2021-ci il sentyabrın 8-də keçirilən parlament seçkilərinin nəticələri, gender zorakılığı ilə mübarizədə kişilərin rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.