RUHİ-ƏSƏB XƏSTƏLİKLƏRİ DİSPANSERİ ÜÇÜN YENİ BİNA İNŞA OLUNUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvanda ruhi-əsəb xəstəlikləri dispanseri üçün yeni bina inşa olunur. Binanı “Ucar” LTD şirkətinin kollektivi tikir.
Obyektdə 40-a yaxın usta və fəhlə çalışır. 40 otaqdan ibarət ikimərtəbəli yeni səhiyyə müəssisəsi bu il istifadəyə veriləcəkdir.