Rumıniya “Watchkeeper X” dronlarının istehsalına başlayıb
Bakı, 21 dekabr, AZƏRTAC
Rumıniya “Watchkeeper X” dronlarının istehsalına başladığını elan edib.
AZƏRTAC Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, istehsal olunacaq pilotsuz təyyarələr Rumıniya ordusunun sərəncamına veriləcək.
Qeyd olunub ki, bununla əlaqədar Rumıniya Müdafiə Nazirliyinin tabeliyindəki “Romtehnica” şirkəti ilə İsrailin “Elbit Systems” şirkətinin nümayəndələri 380 milyon avro dəyərində yeddi ədəd “Watchkeeper X” dron sisteminin tədarükünə dair çərçivə sazişi imzalayıblar.
Qeyd olunub ki, “UAS Watchkeeper X” dronları üçün texniki xidmətlərlə bağlı əməliyyatlar Rumıniyanın milli müdafiə sənayesi şirkətləri tərəfindən həyata keçiriləcək ki, bununla da böhran və ya müharibə vəziyyətlərində bu əməliyyatların sərhəddən kənarda aparılmasına ehtiyac qalmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]