Rumıniyada İtaliyadan gələn rumınların karantinə yerləşdirilməsinə etirazlar keçirilib
Buxarest, 26 fevral, AZƏRTAC
Rumıniyanın Krayova rayonunun Beket şəhərində İtaliyadan gələn rumınların karantinə yerləşdirilməsinə qarşı etiraz aksiyaları keçirilib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Berqamo şəhərindən Krayovaya gələn 179 sərnişinin həkim və mütəxəssislər tərəfindən xəstəxanada yoxlanıldıqdan sonra orada karantinə yerləşdirilib. Buna etiraz edən aksiya iştirakçıları yerli bələdiyyə binasının önünə yığışıblar.
Xatırladaq ki, İtaliyada virus sürətlə yayılır. Qonşu ölkələrin bəziləri virusun qarşını almaq üçün sərhədlərini və limanları bağlayıblar.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]