Rumıniyada yanacaqdoldurma məntəqəsində partlayış baş verib, ölən və yaralananlar var
Bakı, 27 avqust, AZƏRTAC
Rumıniyanın Dimbovita qraflığının Krevedia kəndində yanacaqdoldurma məntəqəsində ardıcıl iki partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.
İlkin məlumatlara görə, azı bir nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Səhiyyə naziri Aleksandru Rafilin sözlərinə görə, 7 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentinin rəhbəri Raed Ərafat bildirib ki, ikinci partlayış nəticədə 26 yanğınsöndürən yaralanıb. O əlavə edib ki, yeni partlayışların baş verməsi təhlükəsi qalmaqdadır.
Hakimiyyət orqanları təxminən 300 metr radiusda əhalini təxliyə edib və Buxarest istiqamətində güclü tüstünün yayıldığı barədə xəbərdarlıq edib. Artıq şəhərətrafı ərazilərdə havanın çirklənməsinin artdığı qeyd olunub, vətəndaşlara pəncərələri bağlamaq tövsiyə olunub. Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb, onlarla yanğınsöndürən və təcili yardım maşını işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]