RUMINİYANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB TRAYAN BASESKUYA
Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə Sizi və bütün Rumıniya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan-Rumıniya münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, ölkələrimiz arasında dostluq və
əməkdaşlığın möhkəmləndirilməsi, əlaqələrimizin hərtərəfli genişləndirilməsi istiqamətində qarşılıqlı səylərimiz bundan sonra da ardıcıl şəkildə davam edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı, 22 noyabr 2005-ci il.