RUS DİLİ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİNƏ DAİR ELMİ–PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bakı şəhər ümumtəhsil məktəblərinin rus dili və ədəbiyyatı müəllimlərinin, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələrinin iştirak etdikləri konfransı institutun direktoru İsa Məmmədov açaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin elm və təhsilin yüksəlişindəki xidmətlərindən danışmış, respublikamızda elm və mədəniyyətin inkişafında rus dilinin rolunu vurğulamışdır.
Təhsil nazirinin müavini İradə Hüseynova mövzunun aktuallığını qeyd edərək bildirmişdir ki, ölkəmizdə rus dilinin tədrisinə münasibət həmişə yaxşı olmuşdur. Son dövrdə də ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində rus dilinə xüsusi önəm verilmişdir. Hazırda Azərbaycanda tədrisin rus dilində aparıldığı 378 məktəb vardır.
Sonra Bakı Slavyan Universitetinin kafedra müdiri, professor Çingiz Bədəlovun “Məktəbdə rus dili tədrisi proseslərinin təşkilinin müasir formaları”, Gürcüstan Təhsil Elmləri Akademiyasının akademiki Boris İmnadzenin “Rus dili dərslərində şagirdlərin tədris fəaliyyətinin optimallaşdırma yolları”, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rus dili və ədəbiyyatı kabinetinin müdiri Azər Əhmədovun “Bakı şəhər ümumtəhsil məktəblərində rus dilinin tədrisinin vəziyyəti” mövzularında məruzələri dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]