RUS DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ SİSTEMİ YARADILMIŞDIR
Bakı, 2 oktyabr (AZƏRTAC). Azərbaycanın “İntelsoft” şirkəti tərəfindən ruscadan dilimizə ilk Azərbaycan online-tərcümə sisteminin beta-versiyası hazırlanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, hazırda şirkət tərəfindən http://translate.intelsoft.az ünvanında yerləşən sistemin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir.
“İntelsoft” şirkətinin direktoru Emin Nuriyev sistemin ilkin variantının “BakuTel-2010” XVI telekommunikasiya sərgisi çərçivəsində təqdim olunacağını bildirmişdir.
Sistemin online-versiyası 5000 simvol həcmində mətni tərcümə etməyə imkan verir, lüğət bazası isə daim təkmilləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]