Rusiya aeroportlarında məhdudiyyətlər aradan qaldırılıb
Moskva, 11 mart, AZƏRTAC
“Rosaviasiya” Rusiyanın bir sıra hava limanlarında təyyarələrin qəbulu və uçuşuna qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.
AZƏRTAC xəbər verir ki, martın 11-də Moskva vaxtı ilə saat 9:15-dən etibarən Moskvanın “Vnukovo”, “Domodedovo”, “Jukovski”, habelə Nijni Novqorod və Yaroslavl hava limanları normal fəaliyyətini bərpa edib.
Bu məhdudiyyətlər pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın regionlarına kütləvi hücumu fonunda uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilmişdi.
Hazırda sadalanan bütün hava limanları normal rejimdə işləyir, reyslər məhdudiyyətsiz qəbul edilir və yola salınır.
Bundan əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) Moskva hava limanlarında uçuş və enişlərə müvəqqəti məhdudiyyətlər səbəbindən Moskvadan reyslərin gecikməsi ilə bağlı məlumat vermişdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]