RUSİYA ENERGETİKA İDARƏSİ BAŞÇISININ AZƏRBAYCANA SƏFƏRİ GÖZLƏNİLİR
Səfərin gedişində “Azərenerji” ilə əməkdaşlığın perspektivləri, o cümlədən Rusiyanın cənub regionlarının və Azərbaycanın enerji ilə etibarlı təminatı, eləcə də Rusiya elektrik enerjisinin ölkəmiz vasitəsilə üçüncü dövlətlərə ixracı ilə bağlı layihələr müzakirə olunacaqdır. Səfərin yekunlarına əsasən, qarşılıqlı anlaşma haqqında memorandum imzalanması da mümkündür.