Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Federasiyasında miqrasiya proseslərinin sərtləşdirilməsi bir çox amillərlə əlaqədardır

Moskva, 10 fevral (AZƏRTAC). Bütün dünyada olduğu kimi, Rusiyada da daxili və xarici miqrasiya olduqca mühüm proseslərdəndir. Ölkədə kəskin demoqrafik böhran şəraitində bu proseslər daha çox aktuallıq kəsb edir. Müxtəlif hesablamalara görə, 2050-ci ilədək Rusiya əhalisinin sayı 20 faiz azalaraq, 112-119 milyon nəfər təşkil edəcəkdir. Deməli, Rusiya yaxın gələcəkdə əməkqabiliyyətli əhalinin çatışmazlığı problemi ilə üzləşə bilər. Dünya Bankının məlumatına əsasən, miqrantların sayına görə Rusiya dünyada ABŞ-dan sonra ikinci yeri tutur. Bu ölkədəki 12 milyondan çox miqrantın əksəriyyəti qeyri-leqal şəraitdə yaşayır. Yerli mənbələrin məlumatına görə, Rusiyada olan 11,1 milyon əcnəbinin yalnız 1,8 milyonunun işləmək üçün icazəsi və ya patenti vardır. Əmək miqrantlarının 40 faizi tikinti, 30 faizi ticarət, 10 faizi istehsalat, 7 faizi kənd təsərrüfatı, 13 faizi digər sahələrdə çalışır.

Rusiya hökuməti artıq bir neçə ildir ki, miqrasiya qanunlarının sərtləşdirilməsi istiqamətində iş aparır. Məlum Birülyov hadisələrindən sonra bu proses daha da sürətləndirilmişdir. Hətta keçmiş MDB respublikaları ilə viza rejiminin tətbiqi məsələsi gündəmə çıxarılmışdır. Ekspertlər Rusiya miqrasiya qanunlarının sərtləşdirilməsi səbəblərindən birini onun Avropa İttifaqı ilə viza rejiminin ləğvi ilə bağlı apardığı danışıqlarla əlaqələndirirlər. Danışıqların müsbət nəticələnməsi üçün MDB ölkələri ilə sərhədlərə nəzarətin gücləndirilməsi, qeyri-leqal miqrasiya ilə mübarizə vacib şərtlərdəndir. Digər səbəbin Avrasiya məkanına inteqrasiya prosesləri ilə bağlı olduğu deyilir. 2015-ci ildən Avrasiya İqtisadi Birliyinin (EvrAzES) daha mükəmməl şəkildə fəaliyyətə başlayacağı güman olunur. Məsələn, Gömrük İttifaqı ölkələrinin vətəndaşları üçün məhdudiyyətlərin götürülməsi planlaşdırılır.

Analitiklərin müşahidələrinə görə, miqrasiya qaydalarının kəskinləşdirilməsi bir çox hallarda qeyri-leqal miqrantların sayının artmasına gətirib çıxarır. Belə ki, statusunu leqallaşdırmaq arzusunda olan qeyri-leqal miqrantlar kəskin şərtlərdən çəkinərək sənədlərini rəsmiləşdirməyə cəhd göstərmirlər. Rusiyada miqrantların mənşəyi də Avropa və ABŞ-dakından fərqlidir. Belə ki, bir çox hallarda Rusiyaya gələn miqrantlar elə bu ölkədə quruculuq işlərində fəal iştirak etmiş keçmiş SSRİ respublikaları vətəndaşlarının övladlarıdır.

Bəs 2014-cü ildən Rusiya Federal Miqrasiya Xidməti əcnəbilərlə bağlı hansı yeni miqrasiya qaydaları tətbiq edir? Bu ildən etibarən əcnəbi vətəndaş Rusiya ərazisində 6 ay ərzində yalnız 90 gün qala bilər. İndiyədək qeyri-leqal miqrantlar 90 günün tamamında ölkəni tərk edib dərhal da geri qayıdırdılar. Bununla Rusiyada daha 90 gün qalmaq hüququ qazanmaq mümkün idi. Eyni zamanda, yeni qaydalara əsasən sərhədi keçərkən işləmək niyyətində olduğunu göstərməyən əcnəbi vətəndaşa işləmək üçün icazə verilməyəcəkdir. Miqrasiya qaydalarını pozan, habelə bir il ərzində iki və daha artıq inzibati qanun pozuntusuna yol verən əcnəbi vətəndaşlara 3-5 il müddətində bu ölkəyə gəlmək qadağan oluna bilər. İşləmək istəyən əcnəbi vətəndaş Federal Miqrasiya Xidmətinin ərazi orqanına narkomaniyadan və RF hökumətinin tərtib etdiyi siyahıda göstərilən yoluxucu xəstəliklərdən əziyyət çəkmədiyi barədə də arayış təqdim etməlidir.

Rusiya Prezidenti V.Putinin təşəbbüsü ilə Federal Miqrasiya Xidməti aprelin 2-dək hüquqi şəxslərin və fərdi sahibkarların əcnəbiləri patent əsasında əmək fəaliyyətinə cəlb etməsinə dair qanun layihəsi işləyib hazırlamalıdır. Əcnəbi vətəndaşa verilən patent yalnız bir regionun ərazisində qüvvədə olacaq və patentin qiyməti də həmin region tərəfindən müəyyən ediləcəkdir.

2014-cü ildə Rusiya hökuməti əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin RF ərazisində müvəqqəti yaşamasına 95,8 min icazə üçün kvota ayırmışdır. Ən çox kvotanı (7 min) Moskva vilayəti almışdır.

2015-ci ildən isə işləməyə və ya müvəqqəti yaşamağa icazə, əmək patenti almaq istəyən hər bir miqrant Rusiya tarixi, rus dili və ölkə qanunvericiliyinin əsaslarından imtahan verməlidir. Bundan əlavə, yaradılacaq xüsusi mərkəzlər bu cür vətəndaşların ixtisas səviyyəsinin təsdiqi ilə məşğul olacaqlar.

Bununla belə, Rusiyada miqrasiya sahəsində qanunvericilikdə, mütəxəssislərin özlərinin etiraf etdiyi kimi, müəyyən boşluqlar hələ də qalmaqdadır. Növbəti mərhələdə ölkədə bütün qeyri-leqal miqrantları leqallaşdırmaq, əmək miqrantlarının həyat şəraitini yaxşılaşdırmaq, hüquqi statusunu müəyyənləşdirmək, cəmiyyətdə digər millətlərin və dinlərin nümayəndələrinə tolerant münasibətin yaranmasına çalışmaq kimi vəzifələr durur. Əks halda, cəmiyyətdə gedən proseslərdən kənarda qalan, həyat və əmək şəraiti aşağı səviyyədə olan böyük bir təbəqə yarana bilər ki, bu da Rusiya Federasiyasının inkişafının arzuolunmaz istiqamətə yönəlməsinə səbəb olar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO