Rusiya Gürcüstan ilə hava əlaqələrini bərpa etməyə hazırlaşmır
Tbilisi, 11 fevral, AZƏRTAC
Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərin bərpası müzakirə olunmur və rəsmi Moskvanın iki ölkə arasında hava əlaqəsinin bərpası ilə bağlı daha öncə irəli sürdüyü şərtləri yenə də qüvvədə qalır.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko mətbuata açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Rusiya Gürcüstan ilə hava əlaqələrinin bərpasına hazırlaşmır və məsələ gündəlikdə deyil. İki ölkə arasında birbaşa avia uçuşların bərpası məsələsi koronavirus pandemiyası ilə bağlı vəziyyətdən və Gürcüstan tərəfinin rusiyalıların ölkə ərazisində təhlükəsizliyinin təminatı ilə bağlı şərtlərin yerinə yetirməsindən asılıdır.
Nazir müavini deyib ki, bu şərtlər Rusiyanın rəsmi şəxsləri tərəfindən dəfələrlə səsləndirilib.
Qeyd edək ki, Rusiya Gürcüstanla birbaşa uçuşları 2019-cu ilin iyulun 8-dən dayandırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]