Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqəsi tam şəkildə həyata keçirilir
Moskva, 19 dekabr, AZƏRTAC
Azərbaycanın Moskvadakı səfirliyinin Rusiya ilə Azərbaycan arasında quru dövlət sərhədinin müvəqqəti bağlanması ilə əlaqədar dekabrın 18-də yayılmış məlumatına əlavə olaraq bildiririk ki, iki ölkə arasında nəqliyyat əlaqəsi tam şəkildə və həmişəki həcmdə həyata keçirilir.
Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat veriblər. Məlumatda deyilir ki, yaranmış epidemioloji vəziyyətə görə iki ölkə arasında quru dövlət sərhədi yalnız vətəndaşların piyada keçidi üçün bağlıdır.
Bununla əlaqədar səfirlik vətəndaşlara müraciət edərək, sərhədi keçmək məqsədilə Dağıstan Respublikasına getməkdən çəkinməyi xahiş edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva