RUSİYA JURNALİSTLƏR ÜÇÜN ƏN TƏHLÜKƏLİ ÜÇ ÖLKƏDƏN BİRİDİR
Jurnalistlər üçün ən təhlükəli ölkələr isə İraq (78 qətl) və Əlcəzair (60 qətl) hesab edilmişdir.
Bundan əvvəl “Sərhədlərsiz reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı xatırlatmışdır ki, Vyetnam müharibəsinin bütün 20 ili ilə müqayisədə İraqda cəmi 2,5 ildə daha çox jurnalist həlak olmuşdur. 1955-ci ildən 1975-ci ilədək davam edən Vyetnam müharibəsində 63 jurnalist öldürülmüşdü.
Ümumiyyətlə, açıqlanmış məlumatlara görə, 1991-ci ildən bəri bütün dünyada 580 jurnalist həlak olmuşdur.
Rusiyanın jurnalistlər üçün dünyada ən təhlükəli ölkələrdən biri olduğu “Sərhədlərsiz reportyorlar” təşkilatının məruzəsində də göstərilmişdir. Məruzənin müəllifləri bildirmişlər ki, keçən il Rusiyada jurnalistlərin iş şəraiti pisləşməkdə davam etmişdir. 2005-ci ildə Rusiyada 8 jurnalist peşə fəaliyyəti ilə əlaqədar həbs edilmiş, daha 8 nəfərə isə qəsd olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]