Rusiya Olimpiya Komitəsi Avropa Oyunlarının keçirilməsi uğrunda mübarizədə Kazanı dəstəkləyəcək
Bakı, 30 yanvar, AZƏRTAC
Rusiya Olimpiya Komitəsinin (ROK) başçısı Stanislav Pozdnyakov bildirib ki, başçılıq etdiyi qurum Kazanın 2023-cü ildə Avropa Oyunlarını qəbul etmək niyyətini dəstəkləyəcək.
AZƏRTAC ROK-un rəsmi saytına istinadla xəbər verir ki, S.Pozdnyakov deyib: “Kazan növbəti Avropa Oyunlarını qəbul etmək üçün müraciət edib. Rusiya Olimpiya Komitəsi bu qərarı hərtərəfli dəstəkləyir və müraciətin təmin edilməsinə hərtərəfli kömək etməyə hazırdır. Bu istiqamətdə təşkilat komitəsi və regionun rəhbərliyi ilə işləyəcəyik. Hazırda Tatarıstanda təkcə Rusiya standartlarına deyil, həm də beynəlxalq standartlara görə unikal olan idman infrastrukturu yaradılıb, respublikanın paytaxtı istənilən kompleks tədbiri, o cümlədən Olimpiya Oyunlarını qəbul etməyə, ən yüksək təşkilatçılıq səviyyəsi təmin etməyə hazırdır ki, bunu da son illər dəfələrlə edib”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]