Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNİN NİTQİ

- Əziz dostlar!

İlk növbədə, ölkənizə gəlmək və Azərbaycanda Rusiya İlinin açılışında iştirak etmək imkanına görə Azərbaycan Prezidentinə və onun xanımına minnətdarlığımı bildirmək istəyirəm.

Rusiya-Azərbaycan münasibətləri müharibədən sonrakı bütün illər ərzində görünməmiş yüksək səviyyədədir. Şübhəsiz, bu, ilk növbədə, Heydər Əliyeviç Əliyevin xidmətidir. Ona görə ki, məhz o, Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətini dərindən bildiyinə görə, Azərbaycan üçün ən ağır illərdə və Rusiya-Azərbaycan münasibətlərinin çox mürəkkəb dövründə həmin münasibətlərin normal məcraya qayıdışı üçün imkanı qoruyub saxladı. Məhz o, bizə normal dövlətlərarası münasibətlərə qayıtmaq imkanı verdi.

Mən bu gün fəaliyyətdə olan Prezidentə demişəm, biz son illər Heydər Əliyevlə tez-tez ünsiyyətdə olurduq. Mən onunla ünsiyyətə alışmışdım. O, çox dərin və müdrik insan idi. Mən hətta bu gün də onun yoxluğunu hiss edirəm. Tədbirə gedəndə həmişə təəssüflə fikirləşirəm ki, o, bu tədbirlərdə olmayacaqdır. Lakin əsası ata tərəfindən qoyulan işləri oğul davam etdirir. Biz bunu görürük, Azərbaycanın necə və hansı sürətlə inkişaf etdiyinə sevinirik. ÜDM-in artım sürəti dünyada ən yüksək göstəricilərdəndir. Bu, Rusiya üçün də həsəd aparılmalı mövzudur. Bu, onu göstərir ki, Azərbaycan rəhbərliyi öz ölkəsinin inkişafı üçün təkcə xarici siyasətdə deyil, həm də iqtisadiyyatda düşünülmüş şəkildə doğru inkişaf yolu seçmişdir. Bu isə başlıca məsələdir, gələcək tərəqqinin əsasıdır.

Bizim mənəvi əlaqələrimiz həmişə yüksək səviyyədə olmuşdur. Rusiyada ölkənizin çox böyük sayda vətəndaşı yaşayır. Mən hələ Rusiya Federasiyasının Azərbaycan əsilli vətəndaşlarını demirəm. Mən Rusiya Federasiyası ərazisində müvəqqəti yaşayıb-işləyən, burada qazandığı vəsaitlə ailələrini saxlayan bir milyondan çox Azərbaycan vətəndaşını nəzərdə tuturam. Hesab edirəm ki, bu, dövlətlərimiz arasında çox yaxşı qarşılıqlı fəaliyyət, qarşılıqlı əlaqə körpüsüdür. Çünki bu, adamlar arasında canlı qarşılıqlı əlaqədir.

Biz çox şadıq ki, münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çıxır. Prezidentin dediyi kimi, ticarət dövriyyəmiz bir milyard ABŞ dollarına çatmışdır. Lakin məsələ hətta bunda da deyildir. Məsələ ondadır ki, əmtəə dövriyyəmizin keyfiyyəti bir çox dövlətlərlə olan əmtəə dövriyyəsinin həcmlərindən daha yaxşı, sərfəli olması ilə fərqlənir. Hətta bu həcm bəzən daha böyük olsa da. Keyfiyyət isə ondan ibarətdir ki, sənayenin payı daim artır. O, ötən il gəmiqayırma üzrə iki dəfə, maşınqayırma üzrə bir dəfə yarım artmışdır. Bu, ölkələrimizin iqtisadiyyatlarının bir-birini tamamladığının və bir-biri üçün gərəkli olduğunun çox yaxşı keyfiyyət göstəricisidir. Rusiya bu qarşılıqlı iqtisadi əlaqələrin inkişaf sürətini hər vasitə ilə dəstəkləyəcəkdir.

Əlbəttə, başa düşürük ki, Azərbaycan çox mürəkkəb beynəlxalq problemlər qarşısında durur, onlardan ən başlıcası Qarabağ münaqişəsinin həlli problemidir. Bu, Azərbaycan və Ermənistan xalqlarının üzərinə ağır yük kimi düşür və əlbəttə, hər iki ölkənin rəhbərliyi qarşısında, ilk baxışdan, sadəcə, həlledilməz vəzifələr qoyur. Lakin əminəm ki, xoş məram olarsa, nizamasalma variantları tapıla bilər. Demək istəyirəm ki, hər iki tərəfin xoş məramı olarsa və Rusiya kimi dövlətlərin və nizamasalmada iştirak edən digər ölkələrin vasitəçiliyi olarsa, tapıla bilər. Biz hər iki dövlət üçün bu zəruri qərarların axtarışına dair birgə işə şərait yaradılmasına bundan sonra da çalışacağıq.

Çox səmimi və həqiqətən dostcasına qəbula görə Sizə təşəkkür etmək istəyirəm. Qorxuram səhv edəm, lakin yadımdadırsa, Azərbaycan atalar sözlərindən biri belədir ki, özünüz yaxşı yaşamaq istəyirsinizsə, çalışın ki, qonşunuz yaxşı yaşasın. Biz hər vasitə ilə çalışacağıq ki, strateji tərəfdaşımız olan Azərbaycan son illərdə götürdüyü belə yüksək sürətlə inkişaf etsin.

Münasibətlərimizin inkişafı şərəfinə badə qaldırmağı təklif edirəm.

Prezidentin və onun xanımının sağlığına!

X X X

Sonra Azərbaycan və Rusiya incəsənət ustalarının konserti oldu.

Qəbulda Azərbaycanın Baş naziri Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, digər rəsmi şəxslər qəbulda iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib