RUSİYA QARABAĞ MÜNAQİŞƏSİNİN TƏRƏFLƏRİNƏ KOMPROMİS YOLLARINI TAPMAQDA KÖMƏK GÖSTƏRMƏYƏ HAZIRDIR
O vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi Moskva ilə Bakı arasında dialoqda mühüm yer tutur. Moskva münaqişə iştirakçılarını qarşılıqlı məqbul razılaşmalara gələ biləcəklərinə inandırmağı vacib hesab edir.
A.Yakovenko bildirmişdir ki, bir sıra münaqişələrin nizama salınmamasının Qafqazda vəziyyəti ağırlaşdırdığını nəzərə alaraq, regional problemlərin həlli yollarının birgə axtarılmasında “Qafqaz dördlüyü”nün (Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan) rolunun yüksəldilməsinə, Rusiya-Azərbaycan münasibətlərinə xüsusi diqqət yetirilir.
RF XİN-in rəsmi nümayəndəsi demişdir: “Bundan əlavə, Moskva və Bakı yeni qlobal təhdid və təhlükələrə - beynəlxalq terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın səmərəliliyini yüksəltmək məsələlərini müntəzəm olaraq müzakirə edirlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]