RUSİYA SƏRHƏD QOŞUNLARININ AVİASİYA ALAYI TACİKİSTANDAN ÇIXARILIR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, 22 il SSRİ-nin və MDB-nin cənub sərhədlərini havadan qoruyan Rusiya sərhəd qoşunlarının 23-cü aviasiya alayı Tacikistandan çıxarılır. Noyabrın 22-də vertolyot eskadriliyası Düşənbəyə, oradan da Novosibirskə və Rusiya-Qazaxıstan sərhədinin hissələrindən birinə istiqamət götürəcəkdir. Aviahissənin çıxarılması Tacikistan-Əfqanıstan sərhədinin Düşənbənin nəzarətinə verilməsi proqramı çərçivəsində həyata keçirilir.
Razılaşmaya əsasən, iki vertolyot Tacikistan sərhəd qoşunlarına veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]