Rusiya Təhqiqat Komitəsi Yevgeni Priqojinin ölümünü təsdiqləyib
Moskva, 27 avqust, AZƏRTAC
Rusiya Təhqiqat Komitəsi “Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinin ölümünü təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, ekspertiza avqustun 23-də Tver vilayətində baş vermiş aviaqəzada ölən 10 nəfərin hamısının şəxsiyyətini müəyyən edib. Onların arasında “Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinin də olduğu bildirilib.
Xatırladaq ki, “Vaqner” qruplaşmasının rəhbəri Y.Priqojinin də olduğu təyyarə Tver vilayətində avqustun 23-də qəzaya uğrayıb. Moskvadan Sankt-Peterburqa uçan təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]