Rusiya Ukrayna ilə bağlı ABŞ planının bir çox müddəasını münasib hesab edir
Moskva, 24 noyabr, AZƏRTAC
Rusiya Ukrayna tənzimlənməsi ilə bağlı ABŞ planının 28 bəndindən bir çoxunu məqbul hesab edir, lakin bir neçə bəndin daha ətraflı müzakirəsi tələb olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Uşakov rəsmi Moskvanın sənədin variantlarından biri ilə tanış olduğunu qeyd edib: “Biz Alyaskada əldə edilən anlaşmalarla uyğun variantla tanış edildik. Buna görə də, planın bütün müddəaları deyil, bir çoxu bizə tamamilə məqbul görünür”.
Eyni zamanda, Y.Uşakov ayrı-ayrı bəndlərin əlavə müzakirəsinin zəruriliyini vurğulayıb: “Digər müddəalara gəldikdə isə - çox sayda, 28 bənd var - onlar tərəflər arasında ən ətraflı müzakirə və nəzərdən keçirilməni tələb edir. Lakin, bu məsələ hələ bizimlə müzakirə edilməyib”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [23:54]
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]