Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya və Azərbaycan eyni dildə danışır

Rusiya və Azərbaycan eyni dildə danışır

Moskva, 27 mart, AZƏRTAC

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya AZƏRTAC-a müsahibəsində bildirib ki, Rusiya ilə Azərbaycan arasında dil maneəsinin olmaması dövlətlərarası münasibətlərin möhkəmlənməsinə kömək edir.

-Nataliya Rudolfovna, Sizin fikrinizcə bütün postsovet məkanında rus dili nə üçün məhz Azərbaycanda öz güclü mövqeyini qoruyub saxlaya bilib?

-Ölkələrimizin illər boyu bir dövlət çərçivəsində yaşaması sayəsində onların arasında özünəməxsus münasibətlər formalaşıb. Əlamətdar haldır ki, Azərbaycan müstəqillik əldə edəndən sonra bu respublikada rus dili öz mövqeyini itirməyib. Mənim fikrimcə, bu məsələdə ümummilli lider Heydər Əliyevin çox böyük xidmətləri olub. O, Azərbaycanda rus dilinin qorunub saxlanması üçün nə mümkündürsə edib və bu gün azərbaycanlıların əksəriyyəti rus dilini bilir. Bundan əlavə, Cənubi Qafqazda ən böyük - 130 minlik rus icması Azərbaycandadır və Milli Məclisdə bu icmanın öz nümayəndəsi var. Prezident İlham Əliyev rus dilinin geniş yayılmasına daim kömək edir. Bu, mədəniyyətin və təhsilin inkişafı sahəsində Azərbaycanın multikultural siyasətinin şəksiz uğurudur.

-Rus dilini bilmək gənc azərbaycanlılar üçün nə üstünlük yaradır?

-Rusdilli təhsilə tələb artıq təklifi üstələyir və ekspertlərin fikrincə, bu meyil davamlı şəkildə güclənəcək. Bu o deməkdir ki, həm uşaqlar, həm də onların valideynləri Azərbaycanın və Rusiyanın gələcəyinin bir-biri ilə nə dərəcədə bağlı olduğunu başa düşürlər. Respublikanın 16 məktəbində tədris yalnız rus dilində aparılır, daha 380 məktəbdə Azərbaycan dili ilə bərabər rus dili də tədris edilir. Ölkədə rus məktəbləri şəbəkəsinin inkişafı üçün bütün tədbirlər görülür - tədris müəssisələrinin sayı artırılır, dərsliklər nəşr edilir, kadrlar hazırlanır. Rus dilində təhsil almış məktəblilər Rusiya Universitetlərinin Bakıdakı filiallarında oxuyur və ya Rusiya ali məktəblərini seçirlər. 2018-ci il üçün olan məlumata görə, Rusiya ali məktəblərində təqribən 11,5 min azərbaycanlı təhsil alır. Rus dilində təhsil almış gənclər ciddi rəqabət üstünlüyü əldə edirlər, çünki belə gənclər təkcə öz vətənində deyil, MDB ərazisində fəaliyyət göstərən xarici şirkətlərdə də asanlıqla iş tapa bilər.

-Bəs paralel olaraq rusiyalı gənclərin Azərbaycan dilini öyrənməsi prosesi nə dərəcədə fəal surətdə həyata keçirilir?

-Rusiyada Azərbaycan mədəniyyəti mərkəzləri uğurla fəaliyyət göstərir. Həmin mərkəzlərin nəzdində Azərbaycan dili kursları yaradılıb, bu kursların müdavimlərinin sayı daim artmaqdadır. Rusiyanın bir sıra ali məktəblərinin - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, Moskva Dövlət Linqvistika Universitetinin, Hərbi Universitetin, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Rusiya Dövlət Sosial Universitetinin tədris proqramlarında Azərbaycan dili yer alıb. Onu da qeyd etmək lazımdır ki, tələbələr Azərbaycan dili ilə yanaşı Azərbaycanın etnologiyasını, tarixini, coğrafiyasını, mədəniyyətini və müasir Azərbaycanda cərəyan edən siyasi prosesləri də öyrənirlər.

Onların çoxu Azərbaycanda keçirilən elmi konfransların iştirakçıları kimi və ya sadəcə tələbə mübadiləsi üzrə bu ölkəyə səfərlər edir, bu isə həm təhsil almaqda, həm də dostluq əlaqələri yaranmasında onlara kömək edir. Belə tələbələr ölkənin ruhunu duyaraq bir növ “mədəni təsir agentlərinə” çevrilir, Azərbaycanı öyrənməyin, bu ölkə ilə dostluq etməyin vacibliyini öz yaşıdlarına da başa salırlar. Hazırda ölkələrimiz faktiki olaraq çox cəhətdən vahid təhsil məkanı formalaşmasına yaxınlaşıblar.

-Sizin fikrinizcə, ali məktəblərdə incəsənətin müxtəlif növləri üzrə qarışıq kurslar yaradılması nə dərəcədə səmərəli olar?

-Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan və Rusiya müxtəlif mədəniyyətlərin təsirinə məruz qalıblar. Bu mədəniyyətlər öz aralarında qaynayıb-qarışmaqla xalqlarımızın mənəvi dünyagörüşünə çox orijinal və bənzərsiz elementlər daxil ediblər. Mən dəfələrlə müşahidə etmişəm: müxtəlif etnoslara, müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan insanlar eyni məkanda qarşılıqlı fəaliyyət göstərəndə onların dil baxımından ortaq, mentallıq baxımından fərqli mühitdə birgə olması yaradıcılıq prosesinə yalnız kömək edir. Teatr mühitində birgə tamaşa qoyulması və ya tələbə birliklərində ortaq sərgi layihəsinin həyata keçirilməsi məqsədilə yaradılmış qarışıq kurslar xüsusilə uğurlu olur. Beləliklə, hamı üçün anlaşıqlı olan incəsənət dili formalaşır, ortaq mədəni kod qorunub saxlanır. Bu yaxınlarda biz görkəmli bəstəkar və pedaqoq Qara Qarayevin anadan olmasının 100 illiyini qeyd etdik. Bu gün həm Rusiyanın, həm də Azərbaycanın fəxri olan musiqiçilərin bütöv bir pleyadasını yetişdirmiş Qarayevin fəaliyyəti Sizin bu sualınıza ən yaxşı cavabdır.

-Ortaq dil Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin möhkəmləndirilməsinə necə kömək edir?

-Bunun çox müsbət təsiri var! Bu, teatr və kino sənəti sahəsində birgə forumları və festivalları maneəsiz keçirməyə, rusiyalı artistlərin Azərbaycana və əksinə, Azərbaycan incəsənət xadimlərinin Rusiyaya qastrol səfərlərini təşkil etməyə imkan verir. Bakıda Moskva Günləri çox böyük əks-səda doğurdu. Rusiyanın görkəmli artistlərinin, o cümlədən azərbaycanlılar tərəfindən çox sevilən aktrisalardan birinin - İrina Muravyovanın qastrolları həmin tədbirin mühüm tərkib hissəsi oldu. Rusiyanın paytaxtında “Azərbaycanın payız töhfələri” adlı birinci festivalın keçirilməsi isə Moskva sakinlərinə Azərbaycanın milli mətbəxi, musiqi və ifaçılıq mədəniyyəti ilə təmasda olmaq üçün gözəl bir imkan yaratdı. Ümumrusiya Dekorativ-Tətbiqi və Xalq Sənəti Muzeyinin və Bakıdakı Xalça Muzeyinin birgə səyi ilə təşkil edilmiş unikal “Yeddi gözəl” sərgisi keçirildi: Azərbaycan mədəniyyəti xalçaçılıq, zərgərlik və miniatür sənətinin, milli klassik musiqi, klassik rəqs və müasir incəsənətin sintezi şəklində tamaşaçılara təqdim edildi.

-Siz bu fikirlə razısınızmı ki, 2018-ci il Rusiya ilə Azərbaycan arasında humanitar münasibətlər üçün çox cəhətdən xüsusi bir mərhələ oldu?

-Humanitar əlaqələr ölkələr arasında mehriban qonşuluq münasibətlərinin ən mühüm tərkib hissəsi, bir növ indikatordur: elm, təhsil, incəsənət sahəsində əməkdaşlıq nə qədər fəal olsa, xalqların bir-birinə marağı bir o qədər artır, onlar həm böyük siyasət səviyyəsində, həm də gündəlik həyatda bir-birini daha yaxşı başa düşürlər. Keçən il Rusiya-Azərbaycan mədəni əməkdaşlığı yeni pilləyə yüksəlib: Azərbaycan Sankt-Peterburq Beynəlxalq Mədəni Forumunun dəvətli qonağı statusu alıb və iki ildən sonra respublikanın ən yaxşı teatrları, məktəbləri və muzeyləri bu gün Azərbaycan mədəniyyətinə xas olan ən mütərəqqi və zamanın sınağından çıxmış dəyərləri ölkəmizə gətirəcəklər. Təqribən bir ay bundan əvvəl Rusiya Dövlət Dumasında keçirilmiş “Rusiya ilə Azərbaycan arasında mədəni körpülər mədəniyyətlərarası dialoqun əsasıdır” mövzusunda dəyirmi masa, mənim fikrimcə, daha bir mühüm hadisə olub. Həmin tədbirin aparıcısı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev hesab edir ki, mədəniyyət sahəsində dövlətlərarası strategiya yaradılması zəruridir, çünki zaman özü humanitar dialoqa yeni yanaşmalar tələb edir, ortaq dilə əsaslanan birgə təhsil və yaradıcılıq layihələri isə dövlətlərimiz arasında qarşılıqlı fəaliyyəti daha yüksək səviyyəyə çatdıracaq.

Fəridə Abdullayeva

AZƏRTAC -ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elmi və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist

Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib

“Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya təşkil olunub

Qəbələdə zəlzələ olub

Mis qiymətləri üçhəftəlik ən aşağı səviyyədən yüksəlir

Humanoid robotlar sürətlə inkişaf edir

UNEC-də “Məzun platforması” istifadəyə veriləcək

Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb

NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub

Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub

Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb