Rusiya və Türkiyə prezidentləri Astanada görüşəcəklər
Moskva, 12 iyun, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun əvvəlində Astanada görüşəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Kremldə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə Vladimir Putin bildirib.
Rusiya Prezidenti Moskvanın Ankaranın BRICS-in işinə maraq göstərməsini alqışladığını və birlik ölkələri ilə birlikdə olmaq istəyini hər şəkildə dəstəkləyəcəyini bildirib.
Putin, həmçinin Ukrayna böhranının həllinə töhfə vermək istəyinə görə Türkiyəyə təşəkkür edib. O, əlavə edib ki, Rusiya, Türkiyənin Suriya nizamlanmasına verdiyi töhfəni yüksək qiymətləndirir və bu işi Astana formatında davam etdirməyi zəruri hesab edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]