Rusiya yığmasının məşqçisi: Azərbaycan Avropa çempionatında ciddi rəqibdir
Bakı, 26 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Azərbaycan yığması çox güclüdür. Bunu nəticələr də göstərir. Macarıstan və Polşa komandaları ilə matçlarda hesab 3:0 Azərbaycanın xeyrinə olub. Azərbaycan yığmasının heyətində dünya şöhrətli voleybolçular oynayırlar və bu komanda Avropa çempionatında ciddi rəqibdir.
Bu sözləri Rusiya yığmasının baş məşqçisi Konstantin Uşakov Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun matçında yetirmələrinin Bolqarıstan komandası üzərində qələbəsindən sonra AZƏRTAC-a müsahibəsində söyləyib.
K.Uşakov Bolqarıstanla görüşü şərh edərək deyib ki, görüş Rusiya yığması üçün gərgin mübarizə şəraitində keçdi, çünki gücləri təxminən eyni olan komandalar qarşılaşmışdı. “Kim rəqibi üçün gərginlik yaratmağı bacarırsa, üstünlüyü də o qazanır. Bolqarıstan komandası çox güclü komandadır və orada yaxşı voleybolçular oynayır. Amma biz əzmlə qələbəyə doğru gedirdik. Mən öz gücümə və bütün yetirmələrimin potensialına güvənirəm”, - deyə Rusiya yığmasının baş məşqçisi fikrini tamamlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]