Rusiyada COVID-19 xəstələrinin sayı 720 min 547 nəfərə çatıb
Moskva, 11 iyul, AZƏRTAC
Ötən gün Rusiyada 6611 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində 188 xəstə vəfat edib, 8337 nəfər sağalaraq evə buraxılıb.
Rusiyada bütün dövr ərzində infeksiyaya yoluxanların ümumi sayı 720 min 547 nəfərə, sağalanların sayı 497 min 446 nəfərə çatıb, 11 min 205 pasiyent vəfat edib.
Son vaxtlar Rusiyanın şimal-qərbində, o cümlədən Uralda, Altay diyarında, İrkutsk və Murmansk vilayətlərində, eləcə də Sankt-Peterburqda koronavirus infeksiyası sürətlə yayılmağa başlayıb. Hazırda ölkədə 211 min 896 aktiv COVID-19 xəstəsi var.
Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yeri tutur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [21:45]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]