Rusiyada koronavirusa yoluxanların 90 faizində Hindistan ştamı aşkarlanıb
Bakı, 29 iyun, AZƏRTAC
Rusiyada koronavirusa yoluxma hallarından 90 faizə yaxını Hindistan ştamının payına düşür.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu rəqəmi Qamalei adına epidemiologiya və mikrobiologiya elmi-tədqiqat mərkəzinin direktoru Aleksandr Ginzburq açıqlayıb.
O, həmçinin COVID-19 xəstəliyi keçirmiş insanları vaksinasiya olunmağa çağıraraq əlavə edib ki, əgər peyvəndləmə kampaniyası öz hədəfinə çatmasa, bir-iki faizlik ağır və ölümlə nəticələnən halların payı beş-on faizədək yüksələ bilər. Bu ssenaridən qaçmaq üçün iki-dörd ay ərzində əhalinin 70 faizini peyvəndləmək zəruridir.
Xatırladaq ki, Rusiyada ötən sutka koronavirusdan 652 ölüm halı qeydə alınıb. Bu, pandemiyanın başlanğıcından bəri maksimum sutkalıq göstəricidir. Ölkədə COVID-19 qurbanlarının ümumi sayı 134 545 nəfərə çatıb.
Rusiyanın 85 regionunda ümumilikdə koronavirusa 5 493 557 yoluxma halı aşkarlanıb, 4 984 037 nəfər sağalıb. Hazırda 374 975 xəstənin müalicəsi davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]