Rusiyada koronavirusun “delta plus” ştamı aşkar edilib
Bakı, 29 iyun, AZƏRTAC
Rusiyada yeni növ koronavirus infeksiyasının (COVID-19) yeni “delta plus” ştamı qeydə alınıb.
AZƏRTAC RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova qurumun Rəyasət Heyətinin COVID-19-la mübarizə çərçivəsində keçirilən iclası zamanı deyib.
Anna Popova qeyd edib ki, “delta plus” ştamına yoluxan xəstə infeksiyanı yüngül keçirib: “Lakin ölkə üzrə kütləvi vaksinasiyanın həyata keçirilməsi çox vacibdir”.
Xatırladaq ki, koronavirusun “delta plus” ştamı ilk dəfə Hindistanin Maharaşta əyalətində aşkarlanıb. Yeni ştam “delta”nın mutasiyası nəticəsində yaranıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]